Nizami Gəncəvi adına Almaniyadakı Azərbaycan Mədəniyyət İnstitutu 2003-cü ildə Berlin şəhərində yaradılmışdır. Fəaliyyəti yarandığı gündən Azərbaycanın mədəniyyətini, incəsənətini, ədəbiyyatını və tarixini araşdırmaq və eyni zamanda Almaniyada və Avropada layiq olduğu şəkildə təbliğ etməkdən ibarətdir. İnstitutun öncəki fəaliyyətlərinin qısa xülasəsi bunlardan ibarətdir:

 

  • Dağlıq Qarabağ haqqında məlumat kompaniyası ilə yanaşı İnstitut həmçinin bu mövzuda beynəlxalq inşa müsabiqəsi təşkil etmişdir. Müsabiqədə qalib gələn ən yaxşı inşa Almaniyada yaşayan Azərbaycan şairi Y. Təngərüdlünün “Vətən mənə ana desə” adlı kitabını 2006-ci ildə Berlinin “Hitit” Nəşriyyatı tərəfindən çap etdirmişdir.
  • 2004-2006-cı illərdə İntitut Alman-Azərbaycan dillərində olan “Yeni Körpü” adlı jurnalını təsis etdirmişdir.
  • İnstitut həmçinin Alman klassik poeziyasını Azərbaycan dilinə tərcümə edərək, Bakıda 2006-cı ildə “Nurlan” Nəşriyyatında çap etdirmiş və Bakıdakı “Kapelhaus” da təqdimat mərasimini keçirmişdir.
  • 2007-ci ildə İnstitut Alman dilində yazılan “Qarabağ uğrunda savaş” adlı elmi-tədqiqat (Sachbuch) kitabını nəşr etmişdir.
  • 2003-2007-ci illərdə İntitut Azərbaycanın bir çox incəsənət xadimlərinin poeziya gecələrini, Azərbaycan tarixinin təqdimatını və Berlin şəhərində keçirilən Almaniyada yaşayan azərbaycanlı rəssamların sərgisini təşkil etmişdir.
  • Uzun illərdir ki, İnstitut Azərbaycan-Alman yazıçısı Əsəd Bəy (Qurban Səid) haqqında olan araşdırmaları dəstəkləmişdir. Əsəd Bəy barədə araşdırmalar 6 ölkədə aparılmışdır və nəticədə 2007-ci ildə azərbaycan dilində yazıçının bioqrafiyası nəşr edilmişdir. Bioqrafiyada dünyada ilk dəfə olaraq Əsəd Bəyin əlyazmaları, arxiv sənədləri, məktubları və on un son əlyazması olan “Sevgidən bixəbər kişi” adlı romanından bir parça nəşr edilmişdir. (Əsəd Bəy- Yüz ilin sirləri, 2007, Nurlan, Bakı) N. Gəncəvi adına Mədəniyyət İnstitutu həmçinin Əsəd Bəy haqqında Almaniyada çəkilən sənədli filmdə də tərəfdaş kimi iştirak etmiş və filmin keçmiş Sovetlər (GUS) ölkələri üçün müəlliflik haqqını qazanmışdır. (Schmerzen des Essad Beys,UM WELT FİLM BERLİN, Regissour R.Marschalleck)
  • N.Gəncəvi adına Mədəniyyət İnstitutu həmçinin Berlində Əsəd Bəyin Fasanenstraße 71 ünvanında yerləşən bir zamanlar yaşamış olduğu evin önündə brünc barelfefinin asılmasına da nail olmuş və Əsəed bəy haqqında geniş məlumatların Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanın orta və ali məktəb dərsliklərinə salınmasına belə nail olunmuşdur. Eyni zamanda Əsəd Bəyin İtaliyanın Pozitano şəhərindəki qəbrinin baş daşının istiqaməti də öz vəsiyyətinə uyğun olaraq İnstitut tərəfindən İtaliyanın rəsmi orqanları ilə birlikdə üzü Məkkə istiqamətində dəyişdirilmişdir.
  • 2008-ci ildə İnstitut adını daşıdığı Nizami Gəncəvinin və digər Azərbaycan şairlərinin əsərlərini Alman ədəbiyyatında ilk dəfə olaraq “Pərvanə və Şam- Azərbaycanın minillik məhəbbət poeziyası” adlı antalogiyada cəmləşdirmiş və İstitututun təşəbbüsü ilə Almaniyanın mötəbər Matthes & Seitz Nəşriyyatında nəşr edilmişdir. Kitab 2008-ci ildə Almaniya Bundestaqında keçirilən prezentasiyada Berlin ictimaiyyətinə təqdim edilmişdir.
  • 2009-cu ildə İnstitut Berlin şəhərində Azərbaycan Jurnalistlər Birliyinin 50 illiyi münasibəti ilə Birliyin yubileyini təşkil etmişdir. Yubileydə həmçinin Birliyin rəhbəri olan Elçin Şıxlinski də iştirak etmişdir.
  • 2010-cu ildən etibatən İnstitutun əsas fəaliyyəti Qafqazın tarixdən öncə və erkən tarixinin, orada yaşamış olandöyüşçü qadınların və onların eramızdan əvvəl 3-1 minilliklərdə cəmiyyətdəki rolunun araşdırılmasından ibarət olmuşdur. Bu sahədə araşdırmalar 1996- 1997-ci illərdən başlamış və bu günədək də davam etməkdədir.
  • 2011-ci ilin sonunda İnstituta rəhbərlik edən Nuridə Atəşinin Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Almaniyada 4 dildə (alman, ingilis, rus və azərbaycan) “Qafqaz Amazonları” kitabı nəşr edilmiş və AMEA-nın Prizidiumunda kitabın təqdimat mərasimi keçirilmişdir.
  • Hazırda Almaniyada fəailiyyət göstərən N.Gəncəvi adına Mədəniyyət İnstitutu bir neçə Beynəlxalq layihə üzərində çalışır.